BAKI, 8 mart. TELEQRAF

Tərtər rayonunun İsmayılbəyli kəndində ferma ərazisində ümumi sahəsi 37 m² olan çardaqlı tikilinin yanar konstruksiyaları yanıb. Tikilinin çardağı yanğından mühafizə olunub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Siyəzən rayonunun Beşdam kəndində ümumi sahəsi 210 m² olan sexin yanar konstruksiyaları yanıb. Bitişik digər sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.