
BAKI, 10 mart. TELEQRAF
Rumıniyada prezidentliyə namizədliyi qeydə alınmayan müxalifət lideri Kalin Georgeskunun tərəfdarları ilə polis arasında toqquşma olub.
Teleqraf xəbər verir ki, bu barədə "Agerpres" agentliyi məlumat yayıb.
Bir neçə yüz etirazçı “Biz getməyəcəyik!” şüarları səsləndirərək Mərkəzi Seçki Bürosunun binasının qarşısına toplaşıblar. Onlar jandarmlara fişəng, daş və butulkalar atıblar.
Polis bir neçə aqressiv nümayişçini saxlayıb.