BAKI, 10 mart. TELEQRAF

"ABŞ Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlardan imtina edəcəyi təqdirdə, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməlidir".

Teleqraf xəbər verir ki, bunu "Fox News"a müsahibəsində ABŞ senatoru Lindsi Qrem deyib.

O, Rusiyanın bank və enerji sektorlarına qarşı yeni məhdudiyyətlər tətbiqi üçün konqresə qanun layihəsi təqdim etmək niyyətində olduğunu açıqlayıb.

“Rusiyaya gəlincə, əgər administrasiya ilə atəşkəs və sülh danışıqları aparmasalar, biz onlara qarşı sanksiyalar tətbiq etməliyik”, - siyasətçi bildirib.