BAKI, 9 mart. TELEQRAF

Abşeron rayonunun Novxanı kəndində yanğın hadisəsi baş verib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli 7 otaq və qarajdan ibarət evin 1-ci mərtəbəsində ümumi sahəsi 36 m² olan qarajın yanar konstruksiyaları və içərisində olan əyşalar, ümumi sahəsi 12 m² olan dəhlizin lambirdən ibarət tavanı 4 m² sahədə və həyətdə “Hyundai” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Evin qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.