GƏNCƏ, 9 mart. TELEQRAF

"1997-ci il təvəllüdlü şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzinə hospitalizasiya olunub".

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gəncə Birləşmiş Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, hamiləliyinin 36-cı həftəsində olan pasiyentə uşaqlıq boynunda iki çat, ağır dərəcəli preeklampsiya, lll dərəcəli posthemarragik şok, ciftin tam ayrılması və ölü döl diaqnozları təyin edilib.

Ona zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti orta ağır qiymətləndirilir.

***

11:13

Gəncədə yeni doğulmuş körpə ölüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Gəncə şəhər Pernatal Mərkəzdə oğlan uşağının ölüm faktı qeydə alınıb.

Ananın vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.