
Bakı, 10 mart, Teleqraf
Lüksemburq şahzadəsi Frederik de Nassau 22 yaşında genetik xəstəlikdən vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə Belçikanın RTBF telekanalı məlumat yayıb .
Şahzadə nadir, sağalmaz genetik POLG xəstəliyindən əziyyət çəkirdi və 14 yaşından vaxtsız öləcəyini bilirdi.
Şahzadə Frederikin Lüksemburq taxtının varislik xətti ilə heç bir əlaqəsi yox idi.