BAKI, 10 mart. TELEQRAF
Kanadada Mark Karni ölkənin yeni baş naziri seçilib.
Teleqraf xəbər verir ki, son aylarda sabiq baş nazir Castin Trüdonun xüsusi müşaviri vəzifəsində çalışan 59 yaşlı Karni, səslərin 86 faizini toplayaraq rəqiblərini geridə qoyub və hakim Liberal partiyanın yeni rəhbəri seçilib.
Onun yaxın günlərdə rəsmi olaraq Kanada Baş naziri vəzifəsinə başlaması gözlənilir.
Liderlik yarışında üç namizədi qabaqlayaraq qalib gələn Karni ilk çıxışında ABŞ ilə gərgin münasibətlərə toxunub.
"Artıq etibar edə bilməyəcəyimiz ölkəyə görə Kanada qaranlıq günlərdən keçir", - deyə yeni Baş nazir vurğulayıb. Siyasətçi ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi tariflərdən də danışıb və onları ölkə üçün əsas təhlükə adlandırıb.
"Bizim hökumət daha güclü iqtisadiyyat qurmaq, etibarlı ticarət tərəfdaşları ilə yeni ticarət əlaqələri yaratmaq və sərhədlərimizi qorumaq planını həyata keçirir", - Karni bildirib.