BAKI, 9 mart. TELEQRAF

Türkiyənin I Liqa təmsilçisi “Çorum”da çıxış edən Azərbaycan milli komandasının futbolçusu Coşqun Diniyev cəzalı duruma düşüb.

Teleqraf xəbər verir ki, buna səbəb XXIX turun “Gençlerbirliği” ilə səfər oyununda 30 yaşlı yarımmüdafiəçinin sarı vərəqə alması olub.

Komandasının start heyətində meydana çıxan Diniyev 38-ci dəqiqədə qayda pozuntusuna yol verib. 76-cı dəqiqədə əvəzlənən oyunçu “sarı” limitini doldurduğuna görə martın 16-sı “Keçiörengücü” ilə oyunu buraxacaq.

Qeyd edək ki, ki, görüş "Çorum"un qələbəsi ilə yekunlaşıb - 2:1. Baş məşqçi Tuncay Şanlı debüt matçında rəqibin 11 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub və turnir cədvəlində 42 xalla 8-ci yerdə qərarlaşıb. "Gençlerbirliği" isə 48 xalla liderdir.