
BAKI, 9 mart. TELEQRAF
İranın Suran şəhərində ETTELAAT-ın (İranın Kəşfiyyat, Təhlükəsizlik və İnformasiya Nazirliyinin) yüksək rütbəli zabiti evinin qarşısında öldürülüb.
Teleqraf xəbər verir ki, bu barədə "Teleqram" kanallarında məlumat yayılıb.
Məlumata görə, hadisə "Ceyşül-Ədl" silahlı qruplaşması tərəfindən törədilib.
Hadisənin təfərrüatı açıqlanmır.