
ŞAMAXI, 9 mart. TELEQRAF
"Şamaxı" klubu heyətinə yeni futbolçu cəlb edib.
Teleqraf xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib.
Onun sözlərinə görə, 26 yaşlı hücumçu Anderson Kollin ilə tezliklə müqavilə bağlanılacaq: "Dünən gəlib, tibbi baxışdan sonra imza atacaq. Belaydi Pusinin gedişindən sonra bir hücumçu ilə qalmışdıq. Onun gəlişi ilə ön xətdəki sıxıntılarımızı yoluna qoya bilərik".
Qeyd edək ki, yamaykalı Anderson Kollinin son klubu İraq təmsilçisi "Erbil" olub. O, əvvəllər vətənində "Kavalyer" və Şimali Makedoniyada "Breqalnitsa"nın formasını geyinib.