BAKI, 8 mart. TELEQRAF

Martın 11-də Afinada Yunanıstan yığması ilə 2026-cı il Avropa çempionatının seçmə oyununda üz-üzə gələcək futzal üzrə Azərbaycan millisi hazırlığın Bakı mərhələsini bu gün keçirilən məşqlə yekunlaşdırıb.

Federasiyanın mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, komanda səhərə yaxın Bakı - İstanbul - Afina reysi ilə matçın keçiriləcəyi ölkəyə yola düşəcək.

Baş məşqçi Vitali Borisov səfərə 14 futzalçı aparacaq:

Ad, soyad

Klub

1

Emin Kürdov

Araz-Naxçıvan

2

Novruz Kazıxanov

Araz-Naxçıvan

3

Emil Həsənzadə

Neftçi İK

4

Xəzər Ağalızadə

Araz-Naxçıvan

5

Tofiq Mikayılov

Baku Fire

6

Kənan Manafov

Baku Fire

7

Oktay Rüstəmli

Baku Fire

8

Nihad İsmayılov

Baku Fire

9

Fərid Atakişiyev

Neftçi İK

10

Ülvi Əliyev

Araz-Naxçıvan

11

Eldar Zeynalov

Neftçi İK

12

Nurlan Mehdizadə

Baku Fire

13

Kamran Hacıyev

Baku Fire

14

Murad Quluzadə

Baku Fire


Qeyd edək ki, martın 11-də Afinadakı “Dias Sports Hall”da keçiriləcək Yunanıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.