
BAKI, 8 mart. TELEQRAF
“Zirə” yeni futbolçu ilə anlaşıb.
Teleqraf xəbər verir ki, “qartallar” Rikardo Martins Gimaraynş "Quima"nı heyətinə qatıb. Mozambikli yarımmüdafiəçiylə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb.
Qeyd edək ki, 29 yaşlı futbolçu karyerası ərzində Portuqaliyanın "Oliveyrense", "Sportinq B", "Akademika", "Çaves", Polşanın "LKS Lodz" və Türkiyənin "Iğdırspor" klublarında çıxış edib. Mozambik millisinin üzvü olan futbolçu yığmada keçirdiyi 15 oyunda 2 dəfə fərqlənib.