
BAKI, 8 mart. TELEQRAF
İngiltərə Premyer Liqasında 28-ci turun oyunları keçirilir.
Teleqraf xəbər verir ki, turun mərkəzi oyunlarından birində “Nottingem Forest” öz meydanında “Mançester Siti”yə qalib gəlib – 1:0.
Lider “Liverpul” yerli azarkeşləri önündə “Sauthempton” üzərində əzmkar qələbə qazanıb – 3:1.
Hesabı birinci hissənin son qəqiqəsində qonaqların yarımmüdafiəçisi Uilyam Smollbonun açıb. 51-ci dəqiqədə Darvin Nunes hesabı bərabərləşdirib. “Liverpul”un ulduzu Məhəmməd Salah isə 54 və 88-ci dəqiqələrdə penaltidən vurduğu qollarla komandasını qələbəyə daşıyıb.
Hazırda 70 xalla (29 oyun) liderliyini davam etdirən “Liverpul” rəqiblərini xeyli geridə qoyub. İkinci pillədə mövqe tutan “Arsenal” 54 xala (27 oyun) sahibdir. “Nottingem Forest” 51 xalla (28 oyun) 3-cü, “Mançester Siti” 47 xalla (28 oyun) 4-cü yerdədir.