BAKI, 9 mart. TELEQRAF

Rumıniyanın Mərkəzi Seçki Komissiyası ölkədə keçiriləcək prezident seçkilərində Kalin Georgeskunun namizədliyini qeydə almayıb.

Teleqraf yerli "Digi24" nəşrinə istinadən xəbər verir ki, bu barədə Rumıniya İttifaqı Uğrunda Alyans Partiyasının rəhbəri George Simion bildirib.

“Georgeskunun qeydə alınmasından imtina 6 dekabr çevrilişinin davamıdır. Rumıniyanın Baş naziri Marsel Ciolacu, lənət olsun, diktatorlara" – siyasətçi bildirib.