BAKI, 8 mart. TELEQRAF

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan”- “Qarabağ” oyununda qalmaqal baş verib.

Teleqraf-ın məlumatına görə, “Liv Bona Dea Arena”da baş tutan oyunun 83-cü dəqiqəsində "Araz-Naxçıvan"lı Felipe Santosdan topu alan rəqib yarımmüdafiəçi Yassin Benzia onun yerə yıxıldığını görərək, təxribata çəkməyə başlayıb.

Bu zaman Santosun komanda yoldaşı Karlos Jatoba hadisə yerinə gələrək, "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevin üzünə yumruq vurub.

Bunu görən Marko Yankoviç və Musa Qurbanlı Cəfərquliyevi müdafiə etmək üçün Santosun üzərinə hücum çəkərkən insident böyüyüb.

Baş hakim Kamal Umudlu kobud davranışına görə Santosa qırmızı vərəqə göstərərək meydandan qovub. Lakin Qurbanlının əsəbləri bununla da soyumayıb və o, "sambaçı" meydanı tərk edənədək onun üzərinə yenidən şığımaq istəyib. Qurban Qurbanovun oğlunun qarşısını komanda yoldaşları çətinliklə ala biliblər.

Qeyd edək ki, oyun “Qarabağ”ın qələbəsi ilə başa çatıb - 3:1.