
BAKI, 8 mart. TELEQRAF
Belarus Kubokunda 1/8 final mərhələsinin "Dinamo" (Minsk) - "Neman" oyununun sonlarında komandaların baş məşqçiləri İqor Kovaleviç və Vadim Skripçenko arasında münaqişə baş verib.
Teleqraf xəbər verir ki, hər iki mütəxəssisə baş hakim xəbərdarlıq edib. Lakin tezliklə Qrodno komandasının baş məşqçisi qeyri-etik jest edib. Nəticədə o, meydandan qovulub və matçın qalan hissəsini tribunadan izləyib. Görüş "Neman"ın qələbəsi ilə yekunlaşıb - 2:0.
Belarus Futbol Futbol Federasiyaları Assosiasiyası Kovaleviçi 5 oyunluq cəzaya və 420 rubl (218 manat) cəriməyə məruz qoyub.
Qeyd edək ki, İqor Kovaleviç "Xəzər Lənkəran"ın debüt etdiyi 2014/2015 mövsümünün ilk dövrəsində futbolçu qismində 15 oyun keçirib. Sabiq müdafiəçi qış fasiləsində komandadan gedib. O, futbolçu karyerasını məhz Azərbaycanda bitirib və artıq 20 ildir məşqçilik edir.
Fotolar "Pressbol"a məxsusdur.