BAKI, 1 mart. TELEQRAF

Almaniya Bundesliqasında 24-cü turun açılış oyununda “Bavariya” səfərdə “Ştutqart”a qalib gəlib (3:1).

Teleqraf xəbər verir ki, oyunda hesabı 34-cü dəqiqədə meydan sahiblərinin oyunçusu Angelo Ştiller açıb. Münhenlilər 45-ci dəqiqədə Maykl Olisenin qolu ilə hesabı bərabərləşdiriblər.

Fasildən sonra Leon Qorseka və Kinqsli Koman da “Ştutqart”ın qapısına yol tapa biliblər.

Hazırda “Bavariya” 61 xalla (24 oyun) vahid liderdir. Son çempion “Bayer” 50 xalla (23 oyun) ikinci sıradadır. 24 oyuna 36 xal yığan “Ştutqart” 7-ci pillədə mövqe tutub.