BAKI, 28 fevral. TELEQRAF

Braziliyanın "Santos" klubunun futbolçusu Neymar Junior Paulista çempionatında XII turun "İnternasional Limeyra" ilə matçında (3:0) birbaşa künc zərbəsindən vurduğu qol barədə danışıb.

Teleqraf "Podpah"a istinadən xəbər verir ki, 33 yaşlı braziliyalı hücumçu bunu məqsədli şəkildə etdiyini bildirib.

“Olimpiko-qolun qəsdən vurulduğunu təsdiq edə bilərəm. Öz-özümə “Belə qol vursam, onların azarkeşləri bunu görəcək!”, - deyə düşündüm. Bunu etdikdən sonra onlara tərəf dönüb “bəs indi necə?" - dedim".

Qeyd edək ki, Neymar Junior yanvarda Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan ayrılaraq "Santos"a keçib.