BAKI, 28 fevral. TELEQRAF

AFFA Region Liqasının başlama tarixi müəyyənləşib.

Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, turnirin ilk oyunları 8-9 martda keçiriləcək.

Yeni mövsümün püşkü isə martın 4-də atılacaq.

Qeyd edək ki, Region Liqasının son qalibi Xaçmazın "Şimal" klubu olub.