BAKI, 1 mart. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ dövlət başçısı Donald Trampla gərgin keçən görüşdən sonra Fransa lideri Emmanuel Makronla telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.

Həmçinin "Financial Times"ın iddiasına görə, Ukrayna Prezidenti NATO-nun baş katibi Mark Rutte ilə də telefonla danışıb.

Danışıqların təfərrüatları açıqlanmır.