
BAKI, 1 mart. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə amerikalı həmkarı Donald Trampla mübahisəsindən danışıb.
Teleqraf xəbər verir ki, o, Fox News telekanalına müsahibəsində mövqeyini açıqlayıb .
V.Zelenski bildirib: “Səhv nəsə etdiyimizə əmin deyiləm. Kameradan kənar müzakirə etməli olduğumuz məsələlər vardı. Bununla belə, onlar Ukraynanın mövqeyini eşitməli idilər”, - deyə o bildirib.
Zelenski ABŞ Prezidentindən üzr istəmək fikrində olmadığını da bildirib. Eyni zamanda o, Ağ Evdə baş verən hadisənin yaxşı bir şey olmadığı etiraf edib: “Bəli, yaxşı deyildi. Amma burada çox həssas məqamlar vardı və mən istəyirəm ki, bizim tərəfdaşlarımız hər şeyi düzgün başa düşsünlər”.
Fevralın 28-də Zelenski Trampla görüşmək üçün Vaşinqtona gedib. Siyasətçilər arasında ünsiyyət gərgin olub. Nəticədə Zelenski görüşü yarımçıq tərk etmək məcburiyyətində qalıb.