BAKI, 28 fevral. TELEQRAF

"Bu, bizim üçün çox vacib idi".

Teleqraf xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Patrik Andrade evdə "Səbail"ə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra deyib.

Andrade qələbə qazandıqları üçün xoşbəxt olduqlarını bildirib: "Qalib gəldik. Bu, bizim üçün çox vacib idi. Hər kəs xoşbəxtdir. Növbəti mərhələyə vəsiqə qazandıq. Hələlik rəqibimiz bilinmir".

32 yaşlı yarımmüdafiəçi komandasının Premyer Liqadakı növbəti oyunu barədə danışıb: "Sumqayıt”a qarşı keçirəcəyimiz matçda daha yaxşı oynayacağıq. Daha yaxşı hazırlaşaraq daha yaxşı olmağa çalışacağıq".

Qeyd edək ki, "Qarabağ"ın Azərbaycan Kubokunun yarımfinal mərhələsindəki rəqibi bu gün keçiriləcək "Zirə" - "Araz-Naxçıvan" oyunundan sonra bəlli olacaq.