
BAKI, 28 fevral. TELEQRAF
“Barselona” 20 yaşlı hücumçusu Vitor Rokeni “Palmeyras”a satıb.
Teleqraf xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Kataloniya klubu Rokeni bir müddət öncə “Betis”dən icarədən geri qaytarıb.
“Palmeyras”ın braziliyalı futbolçuya görə “Barsa”ya təxminən 30 milyon avro ödəyəcəyi bildirilir.
Yada salaq ki, Roke “Barselona”ya ötən ilin yanvarında “Atletiko Paranaense”dən keçmişdi.