.jpg)
BAKI, 28 fevral. TELEQRAF
Sumqayıt şəhəri, 15-ci məhəllədə yataqxana binasında yanğın baş verib.
Teleqraf xəbər verir ki, məlumatı FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yayıb.
Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində yerləşən otaqda baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər otaqlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 12 nəfər sakin təxliyə edilib.
Yanğın nəticəsində ümumi sahəsi 20kv.m. olan otaqda ev əşyaları 10 kv.m. sahədə yanıb. 1 nəfər tüstüdən zəhərlənib.
Yanğın baş vermiş otağın qalan hissəsi və digər otaqlar yanğından mühafizə olunub.