BAKI, 1 mart. TELEQRAF

"Amerika Birləşmiş Ştatları heç vaxt başqa ölkələrin amerikalılardan istifadə etməsinə icazə verməyəcək".

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfərindən sonra Ağ Evin saytında dərc olunmuş bəyanatda deyilir.

Sənəddə qeyd olunur: “Prezident Donald Tramp və vitse-prezident J.D.Vens həmişə Amerika xalqının və Birləşmiş Ştatların dünyadakı yerinə hörmət edənlərin müdafiəsinə qalxacaq və Amerika xalqının istismar edilməsinə heç vaxt imkan verməyəcək”.