BAKI, 1 mart. TELEQRAF
Avropa ölkələri bir-birinin ardınca bu gün Ağ Evdəki mübahisəli görüşü yarımçıq tərk edən Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstək nümayiş etdirirlər.
Teleqraf xəbər verir ki, Hollandiyanın Baş naziri Dik Şoff da X hesabında Zelenskiyə dəstək olub.
O bildirib ki, Hollandiya Ukraynanı hər zamankından daha çox dəstəkləyir: “Biz davamlı sülh və təcavüzkar müharibəyə son qoyulmasını istəyirik”.