
BAKI, 1 mart. TELEQRAF
"Volodimir Zelenskinin ABŞ-yə tamamilə uğursuz səfəri – Donald Tramp onu birbaşa Ağ Evdən, canlı yayımda siyasi cəhətdən "dəfn etdi". Tamamilə. Qəti şəkildə. Həmişəlik".
Teleqraf xəbər verir ki, Xəzər Strateji Tədqiqatlar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko belə deyib.
O vurğulayıb: "Mən Trampın yerində olsaydım, hazırda FTB direktoruna dərhal Zelenskinin Amerika vergi ödəyicilərinin vəsaitlərini mənimsəməkdə ittiham olunaraq həbs edilməsi üçün əmr verərdim – o, ABŞ ərazisini tərk etməyə macal tapmamış. Ukraynalı oğru ömürlük həbs cəzasını ABŞ həbsxanasında çəkməlidir".