
BAKI, 1 mart. TELEQRAF
Fevralın 28-də gecə Sankt-Peterburqdakı keçmiş pivə zavodunun ərazisində yanğın baş verib.
Teleqraf xəbər verir ki, hazırda həmin ərazidə biznes mərkəzi yerləşir.
Keçmiş Kalinkinski pivə zavodunun binasında baş verən yanğının sahəsi 600 kvadratmetrə çatıb. Bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Lokallaşdırılmış yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 80 canlı qüvvəsi və 19 texnikası cəlb olunub. Ölən və yaralananlar barədə məlumat verilmir.