BAKI, 1 mart. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla mübahisəsindən sonra onu dəstəkləyən siyasətçilərə 30-dan çox təşəkkür paylaşımı yazıb.

Teleqraf xəbər verir ki, V.Zelenski bu paylaşımları X sosial şəbəkəsindəki hesabında edib.

Zelenski Avropa liderlərinə “Dəstəyinizə görə təşəkkür edirəm”, - deyə cavab verib.

O, xüsusilə Fransa prezidenti Emmanuel Makrona, Kanadanın Baş naziri Castin Trüdoya, Danimarkanın Baş naziri Mette Frederiksenə, Avstriyanın keçmiş federal kansleri Karl Nehammerə, Avstriyanın Xarici işlər naziri Aleksandr Şallenberqə, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və başqalarına təşəkkür edib.