
BAKI, 28 fevral. TELEQRAF
"Neftçi" və "Kəpəz" komandaları bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununa itkilərlə çıxacaqlar.
Teleqraf xəbər verir ki, paytaxt təmsilçisindən Andrey Ştoqrin, Rafael Quzzo və Robert Bauer, Gəncə klubundan isə Rauf Hüseynli ilə Mahamadu Ba görüşü buraxacaqlar.
"Neftçi Arena"da saat 19:30-da start götürəcək qarşılaşmanın baş hakimi Rəşad Əhmədov olacaq.
Qeyd edək ki, ilk oyunda paytaxt komandası 2:0 hesablı qələbə qazanıb. Bu cütün qalibi Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Sabah"la üz-üzə gələcək.