BAKI, 1 mart. TELEQRAF

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ABŞ lideri Donald Trampla qalmaqallı mübahisədən sonra Ukrayna Prezidenti Volodimir Zelenskini cəsarətli olmağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki hesabında bildirib.

O yazıb: “Güclü olun, cəsur olun, qorxmaz olun. Siz tək deyilsiniz. Biz ədalətli və davamlı sülh üçün sizinlə işləməyə davam edəcəyik”.

AK rəhbəri həmçinin vurğulayıb ki, Zelenski ləyaqətli və mərd davranış nümayiş etdirib.