
BAKI, 28 fevral. TELEQRAF
Futbol üzrə II Liqada XIV turun “Şahdağ Qusar” – “Kür-Araz” qarşılaşması baş tutmayacaq.
Teleqraf Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb “Kür-Araz” komandasının təyin edilmiş vaxtda oyunun keçirilməli olan Şamaxı Olimpiya İdman Kompleksinin stadionuna gəlməməsidir.
Matçla bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək. Meydan sahibi komanda, oyun rəsmiləri təyin olunan vaxtda stadionda olub və stadion qarşılaşma üçün tam hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, "Kür-Araz" "Şahdağ Qusar"la oyuna gəlməyən ikinci komandadır. Daha əvvəl eyni hal "Qusar" klubu ilə baş vermişdi.