
BAKI, 1 mart. TELEQRAF
Yolların buzlu olması səbəbindən Bakıda yol qəzaları baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilir ki, paytaxtın Heydər Əliyev prospekti və Əmircan-Bülbülə döngəsində bir neçə avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.