BAKI, 28 fevral. TELEQRAF

"Qarabağ" klubunun AFFA İntizam Komitəsinin cəzasına məruz qalma səbəbi müəyyənləşib.

Bu barədə Teleqraf-a komitənin sədri Erkin Hüseynov məlumat verib.

Onun sözlərinə görə, Tofiq Bəhramov adına Respublika stadionunda "Sabah" komandasına qarşı keçirilmiş Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra miks-zonaya kənar şəxslər daxil olub. Bu səbəbdən, Ağdam təmsilçisi 500 manat cərimələnib.

Miks-zona jurnalistlərin futbolçulardan açıqlamalar alması üçün nəzərdə tutulsa da, həmin vaxt oraya uşaq futbolçular daxil olublar və futbolçularla şəkil çəkdiriblər. Bu barədə video-görüntülər sosial şəbəkələrdə də yayılıb.

Qeyd edək ki, oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.