BAKI, 1 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə baş verən mübahisədən sonra ukraynalı həmkarı Volodimir Zelenski haqqında danışıb.

Teleqraf xəbər verir ki, bu barədə "Sky News" kanalı məlumat yayıb.

ABŞ lideri deyib: "Birdən o, (Zelenski) "böyük adama" çevrildi, çünki ABŞ onun tərəfindədir, amma o bizsiz qalib gələ bilməyəcək".

Tramp həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin münaqişəyə son qoymaq istəyir, Zelenski isə özünü “döyüşmək istəyən adam" kimi göstərdi.