
BAKI, 28 fevral. TELEQRAF
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cəzalandırıb.
Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, səbəb kimi Azərbaycan Premyer Liqasında XXIV turun "Sabah"a qarşı ev oyununda əsasnamənin tələblərinin pozulması göstərilib. Ağdam təmsilçisi 500 manat cərimələnib.
Digər cəzalara gəldikdə, “Neftçi” ilə səfər matçında 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt”, "Səbail" komandası ilə ev oyununda 5 oyunçusuna xəbərdarlıq edildiyi üçün “Araz-Naxçıvan”, "Turan Tovuz"la öz meydanındakı qarşılaşmada 4 üzvünə sarı vərəqə göstərildiyi üçün “Şamaxı” hərəyə 700 manat ziyana düşüb.