BAKI, 1 mart. TELEQRAF

Kanadanın baş naziri Castin Trüdo Ukraynaya dəstəyini ifadə edib.

Teleqraf xəbər verir ki, Trüdo Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ rəhbəri Donald Tramp arasında mübahisəli keçən görüşdən sonra sosial şəbəkə hesabında açıqlama verib.

Nazir bəyan edib ki, ölkəsinin mövqeyi dəyişməz qalır: “Rusiya Ukrayna ərazilərini qanunsuz və heç bir əsas olmadan işğal edib. Ukraynalılar artıq üç ildir ki, cəsarət və mətanətlə mübarizə aparırlar. Onların demokratiya, azadlıq və suverenlik uğrunda mübarizəsi hamımız üçün vacibdir. Kanada ədalətli və davamlı sülhün əldə edilməsində Ukrayna və ukraynalıları dəstəkləməyə davam edəcək".