
BAKI, 1 mart. TELEQRAF
ABŞ Ukraynanın enerji şəbəkəsinin bərpasına verdiyi dəstəyi dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə "Kyiv Post" nəşri məlumat yayıb.
Qeyd olunub ki, ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski arasında keçən gərgin görüşdən sonra belə bir addım atılıb.
Son məlumatlara görə, Rusiya ordusunun intensiv hücumları nəticəsində Ukraynanın enerji istehsal gücünün təxminən 70%-i sıradan çıxıb.
Kiyev rəhbərliyi enerji böhranının həllinə çalışır və bu çərçivədə ABŞ-nin enerji nəhəngi "Westinghouse" ilə əməkdaşlıq edərək yeni nəsil nüvə reaktorlarının inşası üçün dəstək alırdı.
Vaşinqtonun bu yardımı dayandırması, Ukraynanın enerji sektorunda vəziyyəti daha da çətinləşdirə bilər.