
BAKI, 1 mart. TELEQRAF
Qarlı və buzlu hava şəraiti ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə ehtiyatlı olmalarını tövsiyə edir.
Teleqraf xəbər verir ki, BDYPİ sürücülərə müraciət ünvalayıb.
Bildirilir ki, belə hava şəraitində bəzi yol sahələri xüsusilə təhlükəli hesab olunur.
Sürüşmə və qəza riskini azaltmaq üçün aşağıdakı ərazilərdə daha diqqətli olmaq vacibdir:
* Körpülər və yol ötürücüləri – Havanın təsirinə daha çox məruz qaldıqları üçün tez donur.
* Tunellərdən çıxış hissələri – Temperatur fərqi səbəbindən burada gizli buzlanma ola bilər.
* Dönüşlər və enişli-yoxuşlu yollar – Sürüşmə riski yüksəkdir.