
BAKI, 28 fevral. TELEQRAF
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov yeni klubunda debüt matçında qol vurub.
Teleqraf xəbər verir ki, Polşa çempionatının 23-cü turunun açılış oyununda “Radomiak” öz meydanında “Vidzev”lə qarşılaşıb. Meydan sahibləri məğlubiyyətdən son dəqiqədə Dadaşovun qolu sayəsində yaxa qurtarıblar – 1:1. Millimizin üzvü oyuna 80-ci dəqiqədə daxil olub.
Hazırda “Vidzev” 27 xalla 11-ci, “Radomiak” isə 25 xalla 13-cü yerdədir.