
BAKI, 1 mart. TELEQRAF
Hava şəriati ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparırlar.
Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yaranacaq fəsadların qarşısının alınması və vaxtında aradan qaldırılması məqsədi ilə aidiyyəti dövlət qurumları ilə birgə zəruri işlər görülür, operativ tədbirlər həyata keçirilir. Hərəkətin təhlükəsizliyi tam təmin edilir. Köməyə ehtiyacı olan hər kəsə xidmətə cəlb edilən əlavə polis naryadları tərəfindən lazımi köməkliklər göstərilir.
Bir daha sürücülərin diqqətinə çatdırılır ki, enişli-yoxuşlu yollarda, körpülərdə sürüşmə ehtimalının olması nəzərə alınmalı və zəruri təhlükəsizlik qaydalarına əməl edilməlidir.