
Bakı, 1 mart. TELEQRAF
"Qərbin parçalanması hamımızı zəiflədir və birliyimizin tənəzzülünü görmək istəyənlərə ümid verir".
Teleqraf xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corciya Meloni sosial media hesabında yazıb.
Xanım nazir Ukrayna üçün təcili sammitin keçirilməsini təklif edib:
“Bölünmə heç kimə fayda verməyəcək. Son illərdə müdafiə etdiyimiz Ukrayna barəsində çağırışlara necə cavab verəcəyimizə və gələcəkdəki addımların nə olacağını müzakirə etmək üçün Birləşmiş Ştatları, Avropa dövlətlərini və müttəfiq ölkələri təcili sammit keçirməyə çağırıram. Bu, İtaliyanın yaxın bir neçə saat ərzində tərəfdaşlarına etmək niyyətində olduğu təklifdir".