BAKI, 12 fevral. TELEQRAF

İngiltərənin “Mançester Siti” klubunun ispaniyalı baş məşqçisi Xosep Qvardiola 2020-ci ilin şəxsi antirekordunu təkrarlayıb.

Teleqraf xəbər verir ki, bu Mançester təmsilçisinin Çempionlar Liqasının ilk pley-off matçında evdə İspaniya "Real Madrid"inə 2:3 hesabı ilə uduzduğu oyunda baş verib.

Bu matç "şəhərlilər"ın cari mövsümdə 12-ci məğlubiyyəti olub. 2019/2020 mövsümündə də Qvardiolonun komandası 12 matçda məğlub olmuşdu.

Qeyd edək ki, 54 yaşlı mütəxəssis 2016-cı ildən “Mançester Siti”nin sükanı arxasındadır.