BAKI, 13 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli barədə planının detallarını açıqlamaqdan imtina edib.

Teleqraf xəbər verir ki, Tramp Ukraynadakı münaqişənin nizamlanma planını açıqlamayıb.

O sadəcə bu məsələdə böyük irəliləyiş olduğunu deyib: "Bunu mən yox, Co Bayden etməli idi, çünki münaqişə illərdir davam edir və o bununla məşğul olmalı idi".