BAKI. 12 febral. TELEQRAF

UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinə vəsiqə uğrunda ilk pley-off görüşlərinə start verilib.

Teleqraf xəbər verir ki, birinci oyun günündə 4 qarşılaşma keçirilib.

İngiltərədə “Mançester Siti” və "Real Madrid" arasındakı matçda qalib müəyyənləşməyib. Kifayət qədər məhsuldar alınan matçda qonaqlar əzmkar qələbə qazanıblar - 3:2.

Meydan sahiblərinin hər iki qolunu Erlinq Holann vurub. Qonaq komandadan isə ilk qolun müəllifi Kilian Mbappe "Monako" və PSJ-dən sonra üçüncü klubunda da fərqlənib. Digər qollara Braim Dias və Cud Belingem imza atıb.

Qalan oyunlarda isə qapılara 3 qol vurulub.

Təkrar pley-off oyunları fevralın 18-19-da keçiriləcək.

Çempionlar Liqası

Pley-off, ilk oyunlar

11 fevral

21:45 “Brest” (Fransa) – PSJ (Fransa) - 0:3

Qollar: Vitinya, 21 (penalti ilə). Usman Dembele, 45; 66

00:00 “Yuventus” (İtaliya) – “PSV Eyndhoven” (Hollandiya) - 2:1

Qollar: Ueston Makkenni, 34 - İvan Perişiç, 56

00:00 “Mançester Siti” (İngiltərə) – “Real Madrid” (İspaniya) - 2:3

Qollar: Erlinq Holann, 19; 90 (penalti ilə) - Kilian Mbappe, 60. Braim Dias, 86. Cud Belingem, 90+2

00:00 “Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya) - 0:3

Qollar: Seru Girassi, 60. Paskal Qross. 68. Karim Adeyemi, 82