![](https://teleqraf.az/storage/2025/02/12/715x378/67aa354f1b82249.jpg)
BAKI, 12 fevral. TELEQRAF
AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin oyunlarında baş verənlərlə bağlı qərar qəbul edib.
Teleqraf xəbər verir ki, "Neftçi" səfərdə “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəldiyi oyundan sonra azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 1500 manat cərimə edilib.
"Zirə" isə səfərdə “Araz-Naxçıvan”a 0:1 hesabı ilə uduzduğu oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb.
“Səbail”in evdə “Qarabağ”a 0:1 hesabı ilə yenildiyi oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olublar. Bu səbəbdən, ev sahibi klub 800 manat cərimələnib.