BAKI, 12 fevral. TELEQRAF

Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunları keçirilir.

Teleqraf xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutacaq.

Günün ilk matçında Belçikada "Brügge" İtaliya "Atalanta”sını qəbul edəcək.

Digər görüşlərdə Fransa "Monako"su Portuqaliyanın “Benfika" klubu ilə, Niderland “Feyenoord"u İtaliya “Milan"ı ilə, Şotlandiyanın “Seltik" klubu isə Almaniyanın "Bavariya" komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları 18-19 fevralda keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-off, ilk oyunlar
12 fevral

21:45. "Brügge" (Belçika) – "Atalanta" (İtaliya)

00:00. "Monako" (Fransa) – "Benfika" (Portuqaliya)

00:00. "Feyenoord" (Niderland) – "Milan" (İtaliya)

00:00. "Seltik" (Şotlandiya) - "Bavariya" (Almaniya)