BAKI, 12 fevral. TELEQRAF

“Neftçi”nin yeni transferi Elvin Camalov Azərbaycan Premyer Liqasında XXIII turun “Qarabağ”la oyununu buraxacaq.

Teleqraf-ın məlumatına görə, buna səbəb fevralın 10-da keçirilən “Zirə” ilə səfər matçında 30 yaşlı futbolçunun ayağında dartılmanın olmasıdır.

Qısa zamanda "ağ-qaralar"ın əsas heyət üzvünə çevrilən Azərbaycan milli komandasının yarımmüdafiəçisi yalnız gələn həftə məşqlərə çıxa biləcək.

Qeyd edək ki, “Neftçi” - “Qarabağ” matçı fevralın 16-da keçiriləcək. “Neftçi Arena”da baş tutacaq görüş saat 19:00-da start götürəcək.