BAKI, 13 fevral. TELEQRAF
Paytaxtın Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsində yük avtomobili ağaca dəyib.
Teleqraf xəbər verir ki, məlumatı DİN mətbuat xidməti yayıb.
Xəbərdə Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görüldüyü bildirilir.