![](https://teleqraf.az/storage/2025/02/13/715x378/teyyare_qeza.jpg)
BAKI, 13 fevral, TELEQRAF
ABŞ-nin Kaliforniya ştatında göyərtəsində iki pilotun olduğu “E/A-18 G Growler” tipli hərbi təyyarə qəzaya uğrayıb.
Teleqraf “Anadolu” agentliyinə istinadən xəbər verir ki, təyyarə San Diyeqo körfəzinə düşüb.
Pilotların qəzadan sağ çıxdığı bildirilib. Onları balıqçı qayığı ilə sudan çıxarıblar.
Pilotların xəstəxanaya aparıldığı bildirilir.
Təyyarənin qəzaya uğrama səbəbləri araşdırılır.